Başqa dinlər... Bizim dindarlarla bacara bilməz.....





Başqa dinlər...
Bizim dindarlarla bacara bilməz.....
Azərbaycanın bəzi insanları islam qaydalarını yerinə yetirmir deyə narahat oluruq. Guya əvvəllər hamı mollaymış da, indi pozulmuşuq. Halbuki məsələ fərqlidir, dindən qaçan xalq yox, dindən qaçırdılan xalq var.
Əvvəlcə gəlin etiraf edək ki, bizdə çox vaxt din məsciddə deyil, kənarda müzakirə olunur. Oruc tuta bilmirik, amma profil şəklimizdə aypara var. Hətta bəziləri Ramazan gələndə Facebook-a girib oruc tutanların halına hörmət edin deyə nəsə yazıb  atır. Özü də aç qarına kababın yanında.
Bəzi dindarlarımız. Yəni,  dindar adı ilə çıxanlar.
Bunlar elə bir sinifdir ki, dini elə çətinləşdiriblər ki, sanki səmayə çatmaq üçün vizasız getmək olmaz.
- Qardaş, dua necə edilir?
- Əvvəlcə 7 qat göyün sxemini çək, sonra 4 fərqli məzhəbdən icazə al, sonra da dua əvəzinə molla çağır.
Bu dindarlar hər cümlənin sonunda izahsız haramdır deyirlər, amma bank kreditinə ev alıblar. Möminlik təkcə baş geyimində deyil, başın içində də bir az iman lazımdır.
Kimsə  deyib, bunlarda əlavə yazıblar.
Quranda yazılıb ki, yaradan  sizin üçün dini çətinləşdirməz.
Bunlar isə, izah etmədən, bunu etmə, günahdır. Onu da etmə, kafirsən. Onu da eləmə, yoxsa azğın sayılırsan.
Nəticə ? Ən axırda insan deyir ki, yaxşı, heç nə eləməyim də, çıxım dinin içindən, canım qurtarsın.
Molıalar. Bəzilərinin  elmin yox, əzbərlərin dostu. Yazdığları və oxuduğları həkim resepti kimi. Əldəki nakolkada öz yerində.
Bəzi alımlar elə bir danışır ki, sanki kitabı yox, antik yunan dialoqlarını oxuyur.
Dinə uyğun olmayanlar cəhənnəmlikdir. İnsanı dingildədən musiqi haramdır. Özü də bu cümləni kiminsə toyunda aşığın sintezator musiqisinin fonunda deyir. Amma özü iki oğul evləndirib.
Türk Modeli. Şükür olsun ki, onlar da müsəlmandır. Nəsə öyrənə bilərik.
Türkiyədə din var, amma dini sənə zorla soxmurlar. İstəyirsənsə, ibadət elə, istəmirsənsə, çay iç, seriala bax, sonra yenə ibadət elə. Bizdə isə ya məcbur mollasan, ya da dərhal kafir. Ortası yoxdur.
Türk modeli deyəndə, kiminsə ağlına türkü tərifləmək gəlməsin. Onların da səhvləri var. Amma bir məsələ var ki,
onlarda din qorxudan yox, sevgidən doğur. Bizdə isə oxumasan, yanarsan təhdidi ilə.
Nəticə.
Din xalqdan uzaqlaşmayıb. Din xalqın üstünə o qədər qadağa və əlavə gəlib ki, əzilib qalıb.
Əgər belə davam etsə, gələcək nəsillər dini, sadəcə, dini qurumlarla iş üzrə dövlət komitəsinin adında tanıyacaq...

Alxas.

Oxunub: 22
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az