Atın belindəki Türk deyilsə, deməli yükdür.
Bu deyim mədəniyyəti ilə tanınan türklərin həyat tərzinə işarə edir. Türk xalqları üçün at yalnız nəqliyyat vasitəsi deyil, həm də yaşamın ayrılmaz hissəsi olub. Burada Türk sözü, bacarıq, çeviklik və məqsəd daşımaq anlamında işlədilir. Yəni, insan oturduğu mövqedə, tutduğu vəzifədə, həyat yolunda məqsədsiz və fəaliyyətsizdirsə, deməli yükdür.
Hər kəs həyatında fəal olmalı, bacarıq və məsuliyyət daşımalı, öz yerini və məqsədini dərk etməlidir. Yalnız oturmaqla, heç bir iş görmədən mövcud olmaq bu, faydalı olmaq deyil, yük olmaqdır.
Bu deyimi gündəlik həyata da tətbiq etmək olar:
İş yerində bacarıqsız və məsuliyyətsiz insan sadəcə yükdür.
Cəmiyyətdə yalnız başqalarının hesabına yaşayan insan da yükdür.
Ailə daxilində məsuliyyəti paylaşmayan biri, digərlərinə əlavə çətinlik yaradır.
Hər kəs çalışmalı, öyrənməli və öz mövqeyini möhkəmləndirməlidir. Atın belində oturan, yəni həyatda yer tutan şəxs, ya idarə edən və əmir verən olmalıdır, ya da yük olmamaq üçün çalışmalıdır.
Alxas.
Oxunub: 37
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az