Şamaxının səsi, Şirzad Fətəliyev.....
Şirzad Fətəliyev, Şamaxının sənət dünyasında parlayan ulduzlarından biri, musiqimizin və mədəniyyətimizin ləyaqətli təmsilçisidir. O, təkcə doğma bölgəmizdə deyil, həm də beynəlxalq səhnədə Azərbaycan musiqisinin fəal təbliğatçısı kimi tanınır. Öz sənətkarlığı ilə dinləyicilərin qəlbində dərin iz buraxan Şirzad, Milli Konservatoriyanın parlaq nümayəndələrindən biridir.
Onun ifası yalnız musiqi deyil, bir ovqatdır, duyğudur, milli ruhun səsinə çevrilmiş halıdır. Harada səhnəyə çıxsa, istər konsert salonlarında, istər xalq şənliklərində, istərsə də toylarda o, məclisə xüsusi bir ab-hava, qürur və sevinc gətirir. Musiqisi ilə insanları düşündürən, sevindirən və birləşdirən Şirzad Fətəliyev, Azərbaycanın zəngin musiqi irsini yaşadan və gələcək nəsillərə sevdirən sənətkarlarımızdandır.
Bu gün Şirzad Fətəliyev təkcə bir musiqiçi deyil o, həm də bir mədəniyyət elçisidir. Onun timsalında biz nəinki Şamaxının, eyni zamanda Azərbaycanın sənətini, ruhunu və zəngin mədəni irsini görürük.
Alxas.
Oxunub: 65
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az