Qaçış və Qiyamət...




Qaçış və Qiyamət...
Deməli, mən özüm məşqlərə başlamışam. Hər gün qaçıram. Qaçmasam, vicdan əzabı elə içimdə belə marafon qaçır. O qədər qaçıram ki, artıq asfaltla salam-sağolumuz var. Sürücülər də məni tanıyır. Elə vərdiş almışam ki, hədda işqforda belə dayanıram.
İndi belə bir sistem qurmuşam ki, məşq etmədiyim günlərdə cəza olaraq əlavə 40 dəqiqə qaçıram. Elə bil borcumu ödəyirəm yox, bank kartına yox, ayaqlarıma.
Bir gün qaçmadım. Dedim, eybi yox, sabah 40 dəqiqə artıq qaçaram. Amma sonra o birisi günü də qaçmadım, bu dəfə dedim 80 dəqiqə. Belə-belə hesabladım, dünənki məşqi də nəzərə alsam, düz 2027-ci ilə qədər qaçmalıyam. O da əgər bundan sonra hər gün qaçsam.
Yoxsa işlər lap 2032-yə uzanacaq...
Yəni, mən artıq idmanla yox, zamana qarşı yarışa çıxmışam. Və inanın, vaxtın ayaqları məndən uzundu...

Alxas.

Oxunub: 41
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az