Baş direktor Ağsu RQİİ-nin nümunəvi əməkdaşlarını təltif etdi.
Baş direktor Ağsu RQİİ-nin nümunəvi əməkdaşlarını təltif etdi.SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağsu Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib. Daha sonra 15 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Oxunub: 67