Vüqar Vüqarlının Şamaxıda keçirdiyi unudulmaz günləri....




Vüqar Vüqarlının Şamaxıda keçirdiyi unudulmaz günləri....
Vətənimizin sevilən və tanınmış jurnalistlərindən biri olan Vüqar Vüqarlı son günlərdə Şamaxı rayonunda olub. Onun səfəri bu dəfə peşə fəaliyyəti ilə deyil, sağlamlığı ilə bağlı idi. Belə ki, Vüqar bəy Şamaxı Diaqnostika Mərkəzində iki uğurlu əməliyyat keçirib.
Əməliyyatlardan sonra Vüqar Vüqarlı öz fikirlərini bölüşərək, xəstəxananın rəhbərliyinə və tibb personalına yüksək qiymət verib. Onun sözlərinə görə, Şamaxı Diaqnostika Mərkəzində çalışan həkim və tibb işçiləri peşəkarlıqla yanaşı, həm də son dərəcə diqqətcil və qayğıkeşdirlər. O, xüsusilə əməliyyatlarını icra edən Vüsal həkimə xüsusi təşəkkürünü bildirib. Vüsal həkimin peşəkarlığı, insanlığı və səmimiyyəti Vüqar bəyin tez bir zamanda sağalmasında mühüm rol oynayıb.
Vüqar Vüqarlının xəstəxanada olduğu müddətdə ona göstərilən diqqət bununla bitməyib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir müəllim və  Asif müəllim də onu ziyarət ediblər. Görüşdə tanınmış futbol mütəxəssi Vəli müəllimdə iştirak edirdi. Görüş zamanı maraqlı və səmimi söhbətlər aparılıb, Vüqar bəyə tezliklə sağalmağı arzulayıblar. Bu ziyarət jurnalist üçün böyük mənəvi dəstək olub.
Belə çətin anda diqqət və qayğı görmək insanın mənəvi sağalmasına da səbəb olur. Mənə göstərilən bu diqqətə görə hər bir kəsə təşəkkür edirəm deyə Vüqar Vüqarlı sonda bildirib.
Vüqar Vüqarlının Şamaxı günləri bir daha sübut etdi ki, bizim cəmiyyətimizdə hələ də insanlıq, dəstək və hörmət kimi ali dəyərlər yaşayır və yaşadılır.

Oxunub: 77
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az