Zəng etmirlər, yazmırlar, maraqlanmırlar, deməli ehtiyacla yoxdur..



Zəng etmirlər, yazmırlar, maraqlanmırlar, deməli ehtiyacla yoxdur..
“Zəng etmir.”
“Yazmır.”
“Maraqlanmır.”
Sən də oturub düşünürsən ki; görəsən, nə baş verdi...
Heç nə baş verməyib. Sadəcə onların ehtiyacı bitib. Bəli, bəzilərinin sənə olan maraq müddətivar, konserv kimi, üstündə yazılmasa da, bitmə tarixi içində gizlənir. Sən də bilmədən ömrü keçmiş münasibətlərin soyuducusunda saxlanırsan.
Əvvəllər sənə zəng edən, hər səhər salam, necəsən, yazan adam indi mobil operatora borcu varmış kimi səssizdir. Əslində borcu sənə deyil, öz insanlığına var. Amma o bunu bilmir. Çünki səninlə maraqlanmaq üçün artıq səbəbi qalmayıb. Ehtiyac yoxdur. Yəni istifadə vaxtı başa çatıb.
Amma maraqlıdır, sən nə vaxtsa hansısa bir ehtiyacla gündəmə gəlsən məsələn, televiziya çıxışı, pul, status, vəzifə, ya da sadəcə populyarlıq gözlə ki, mesaj gəlsin ki;
- Salam, necəsən.. Aydaaa, sən yadıma düşdüm ee...
Əziz oxucu, yadına düşdünsə, yadından çıxmısan deməkdir.
Əgər səni istəyən olsaydı, gəzərdi, yazardı, maraqlanardı. Yəni adicə bir nə var, nə yox mesajı səndən qiymətli deyil ki. Amma göndərmirsə, deməli sən deyil, mesajın belə önəmli deyil.
Bəzi insanlar var ki, səni itirməyi deyil, ehtiyac duyduqları funksiyanı itirməyi düşünürlər. Səni yox, verdiyin rahatlığı, köməyi, diqqəti, əlaqəni, tanışı, kameranı, mikrofonu, yolpulu və ya sadəcə dinləmə qabiliyyətini. Və bu siyahı sənin insanlığından daha uzundur.
Odur ki, artıq incinmə. Sadəcə təəssüf elə ki, sən insan idin, onlar isə istifadəçi.
Bu münasibət dostluq yox, abonent xidməti olub, müqavilə bitdi, xətt kəsildi.

Alxas.

Oxunub: 42
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az