Ümid edirəm, bəzilərinin diqqətinə çatdırmaq istədiyim məsələlər, onları düşünməyə vadar edər.
1. Fikir bildirmək üçün dünya görüşü, savad, diqqətlə dinləmə qabiliyyəti, məntiq və müəyyən qədər kino qanunlarından və xüsusilə aksiyon səhnələri haqqında biliyiniz olmalıdır. Mənim tənqidim, hər adam üçün deyil. Ona görə də, xahiş edirəm “sən bekarsan, özünə iş tap, indi sən güya zorsan” kimi sözlərlə və anlayışınız olmayan məsələ haqqında yersiz və mədəniyyətsiz fikirlər bildirməyin. Ən əsası da mədəniyyətsiz fikir bildirməyin. Tənqidlərimi başa düşməsəz də, mədəni formada öz fikrinizi bildirə bilərsiz. Mədəniyyətiniz, sizin daxili aləminizdən və kim olduğunuzdan xəbər verir. Özünüzü necə tanıtmaq, sizin öz ixtiyarınızdadır.
2. Mən Hindistan filmlərində işləyəndə, bizə deyirdilər yerıi əhaliyə deməyin ki, aktyorların tryuklarını siz edirsiz. Onlara sübut edə bilməyəcəksiz. İndi sizə sual verirəm. Siz də onlar kimisiz? Onlar aktyorları idollaşdıra bilərlər. Bəs sizə nə gəlib? Mən köhnə Azərbaycan kinolarını çox sevirəm. Aktyorları da həmçinin. Amma sizidən fərqim odur ki, mən onları idollaşdırmıram. İnsan birini bütləşdirəndə, gözü kor olur, səhvlərini də qəbul edir. Mənim sizdən fərqim odur ki, mən kino sahəsinin adamı oıduğuma görə filmlərdə olan döyüş səgnələrinə yanaşmam da başqadır. Siz mənim kimi yanaşa biıməzsiz. Xüsusən də, döyüş səhnələrinə.
3. Dünya kino aləmində tənqid deyilən bir şey var. Tənqid pisləmək niyyəti ilə olunmur. Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Kino tənqidi — filmlərin qiymətləndirilməsinə, təhlilinə və tənqidinə verilmiş ümumi bir addır. Bu da məndən sizə kiçik bir dərs olsun. Öyrənmək gec deyil. Biıməmək də ayıb deyil. Ayıb odur ki, kitab oxumursuz, mariflənmirsiz, bilmək istəmirsiz. Xarici tənqidçilər, öz klassik filmlərini də, müasir filmlərini də tənqid edirlər. Hətta festivallarda mükafatlar almış, filmləri də tənqid edirlər. Bir neçə Oskar almış filmləri belə tənqid edirlər.
4. Digər məsələ, aksiyon janrından bixəbər olmağınızdır. Amma buna baxmyaraq, yenə də mübahisə edirsiz. Lakin, sevindirici haldır ki, az da olsa bəzi insanlar həm diqqətlə dinləyə bilirlər, həm anlaya bilirlər, həm də intellek səviyyələri yüksək olduğuna görə elə fikir bildirirlər ki, onlarla çox gözəl dialoq və hətta dostluq münasibətləri də yaranır. Aksiyon işi haqqında biliyi olmayanlar, mənə o iş necə olmalıdır deyə ağıl verəndə, özləri ağılsız görünürlər.
5. Mən xaricdə dərs alanda, bizə köhnə filmləri göstərib tənqid edirdilər. Baxmayaraq ki, filmlərin rejissorları və akryorları dünya miqyasında tanınmış ulduzlardır. Çünki onlar, tənqidlərin nəticəsində inkişaf edirlər. Onlar bir filmə baxmazdan əvvəl, tənqidlərə baxırlar. Həm peşəkar tənqidçilərin fikirlərini öyrənirlər, həm də, onlardan əvvəl filmə baxanların. Tamaşaçıların kino haqqında bilikləri olduğuna görə, onların fikirləri də mənriqlidir. Onların tənqidlərini öyrəndikdən sonra, filmi izləmək izləməmək haqda doğru qərar vermək mümkündür. Bizdə necədir? Bizdə özlərini yaxşı etmək üçün ya şablon sözlərlərə tərifləyirlər, ya da mədəniyyətsiz formada əxlaqdan kənar fikirlər bildirirlər. Bu da ondan irəli gəlir ki, çoxu hələ də inkişafa can atmır və geridə qalıb.
6. Əks fikir bildirmək üçün hisslərə yox, ağıla sığınıb məntiqli və əsaslı fikir bildirmək lazımdır. Digər məqamı da vurğulayım ki, əvvəl maraqlanmaq lazımdır tənqid edən tənqidçi həqiqətən bu sahənin adamıdır, yoxsa bu sahədən bixəbərdir. Bunları nəzərə almadan, özünü çoxbilmiş kimi göstərmək istəyəndə, əksinə özünüz pis vəziytətdə qala bilərsiz.
7. Onu da deyim ki, çoxluğun fikri həmişə həqiqət və düz olmaya bilər. Deməli, çoxluq haqdır deyə bilmərik. Çünki, Allah Quranda çoxlarının səhv olduğunu deyir. Ona görə də, bəziləri “çoxu səninlə razı deyil” deyəndə, yadına salsın ki, Allah deyir “Çoxu haqqı xoşlamaz” (Zuxruf 78). “Çoxu dərk etməz” (Maidə 103).
8. Çaılışın yazılan şərhlərin arasında az olan intellekt sahiblırinin fikirlərini qiymətlındirin. Özünüzü hamıya oxşatmayın.
Sain Ferhad Fermanli.