Babam Tarzan olub. (dil əxlaqı haqqında satira)

  

Babam Tarzan olub.
(dil əxlaqı haqqında satira)
Mənim babam Tarzan olub. O, cəngəllikdə böyüyüb, ağacdan-ağaca tullanıb, ayı ilə dalaşıb, şirə dayı deyib. Amma bir dəfə də “bro”, “okey”, “şotki” "ay bl..." deməyib. Ona görə də mən düşünürəm ki, babam bizdən daha ağıllı və mədəni olub.
Biz isə... Biz dilimizi elə məhv edirik ki, az qalıb başda özümüz özümüzə mutilşik düyməsini basaq. Dilsiz qalmışıq, həm danışa bilirik, həm də heç nə deyə bilmirik. Çünki dediyimiz hər söz ya başqa dildəndir, ya da özümüzün olmayan tərəfdəndir. Sanki, ana dilimizə yox, qayınana dilimizə çevirmişik. 
Dilimizə nə qədər qatqı qoşmuşuq? Qatqı o qədərdir ki, artıq saf heç nə qalmayıb. Cümlələrimiz 40% xarici söz, 30% söyüş , 20% alağ sözlər və 10% türkün məsəli sözündən ibarətdir.
Bir söz deyən kimi, gülürük. Nəyə gülürük, heç özümüz də bilmirik. Hər kəs bir-birinə baxır, bir gülüş başlayır və sonra kimsə türkün məsəli deyir, amma həmin məsəli heç kim bilmir. Bizi məsəlsiz məsəllərlə yola verirlər.
Gəlmə sözlərdən istifadə isə artıq xəstəlik səviyyəsinə çatıb. Biz çorta gedirik, prikola düşürük, lomkada gözləyirik, bes panyatiya atırıq. Bəzən özümüzü rus yada türkçə keçid edib danışırıq ki, birdən azərbaycanlı olduğumuz bilinər ha....
Sonda isə... Biz elə bil qırmızı kitaba düşməyə bir addım daha yaxınlaşmışıq. Amma bu dəfə təkcə dilimiz yox, biz özümüz də nadir növ kimi qeyd olunacağıq. Belə gedsə, biz Azərbaycanca danışıb, heç nə başa düşməyən varlıq olacayıq...

Alxas Məmmədov.

Oxunub: 85
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az