Dəbin zirvəsindəyəm, lüt gəzirəm sənə nə....



Dəbin zirvəsindəyəm, lüt gəzirəm sənə nə....
Son zamanlar dünya podiumlarını fəth edən yeni bir stil var, mənə nə geyindiyimdən adlı cəsur və sərbəst yanaşma var buda lütəm. Bizdə lap ifrat dərəcəsinə biruzə verir. Ailə tədbirlərinə soyunmiş müğənni dəvət edirlər. Bu dəb axınının aparıcı siması isə illərlə öz üslubuna sadiq qalan bəzi xalq artistlərimizdir. Nə olsa geyinərəm ki, 
oram -buram görünsün bir səsimə fikir verməsinlər. Pulum gəlsin. Lüt olum, ağılları başından çıxardım faiş..... fəlsəfəsinin canlı təcəssümüdür.
Ekranda gördüyünüz bəzi insanlar sübut edirlər ki, əgər sizə ümumiyyətlə yaşamağa fərqiniz yoxdursa, istənilən geyim sizə yaraşır. Hətta masa örtüsünə bənzəyən köynək, siqaretlə əyləşmiş rahat duruş və dar, qırmızı şalvarın ahəngi, hamısı birlikdə qeyri-adi bir postmoder qəhrəman obrazı yaradır.
Ətrafdakılar çaşqın, amma o, öz iç rahatlığının və azadlıq fəlsəfəsinin şüurlu nümayəndəsi kimi, masa arxasında əyləşərək, dəbi mən yaradaram nolsun ki, lütəm mesajını bütün cəmiyyətə ötürür. Nə protokol, nə zövq qanunları, nə də şalvarın ütülü olub-olmaması onu narahat edir. Çünki əsas olan, özünü rahat hiss etməkdir. Qalan hər şey isə mənasız bir şeydir..
Beləliklə, nəticə çıxardıram ki, ən dəbli insan, dəbi vecinə almayandır.

Alxas Məmmədov.

Oxunub: 39
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az