Xahişimiz var.
Küçə itləri üçün sığınacaq daha da inkişaf etdirilsin..
Şamaxının küçələrində sahibsiz itlərin yığışdırılması çox vacib və yerində atılmış bir addımdır. Bu sahədə görülən işlərə görə minnətdarlığımızı bildiririk. Belə bir məkanın olması yəni sahibsiz itlərin toplanaraq saxlanıldığı və onlara qayğı göstərildiyi yerin yaradılması, həm şəhər sakinlərinin təhlükəsizliyi, həm də heyvanların rifahı baxımından çox önəmlidir.
Hazırda Şəhiyar qəsəbəsində yerləşən belə bor məkam var Lakin xahiş edirik ki, bu sığınacaq daha da inkişaf etdirilsin. Oradakı şəraitin yaxşılaşdırılması, heyvanlara daha yaxşı qulluq göstərilməsi və onların sterilizasiyası ilə bağlı tədbirlərin gücləndirilməsi vacibdir.
İnanırıq ki, aidiyyəti qurumlar bu məsələyə diqqətlə yanaşacaq və həm şəhərimiz, həm də bu səssiz canlılar üçün daha yaxşı bir mühit yaradılacaq.
Oxunub: 42