Cavadzadə (Nəğməkar) Xələf oğlu 1972-ci il 22 iyulda Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olub. 1979-cu ildə Ərəbşalbaş kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1989-cu ildə həmin məktəbin 10-cu sinfini bitirib.
1990–1992-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə M. Ə. Sabir adına Mədəni Maarif Texnikumuna qəbul olunub və 1994-cü ildə həmin texnikumu bitirib. 1994-cü ildə İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olub. Eyni zamanda anadan olduğu kənddə orta məktəbdə müəllim işləyib. Uşaq yaşlarından incəsənətə və poeziyaya olan həvəsi onu şeir, hekayə və məqalələr yazmağa həvəsləndirib. Bu səbəbdən o vaxt nəşr olunan Yeni Şirvan, Novıy Şirvan, Azərbaycan Gəncləri, Sovet Kəndi qəzetlərində və Azərbaycan Jurnalında məqalə və şeirləri çap olunub. Hal-hazırda el şənliklərində toy aparıcısı kimi fəaliyyət göstərir.
Oxunub: 47