Ağayev Ağa Babalar oğlu



Ağayev Ağa Babalar oğlu 2004-cü ildə Şamaxı rayonunda anadan olub. 2021-ci ildə A. Alxanov adına Sabir qəsəbə tam orta məktəbini bitirib. Təhsil illərində məktəb müəllimlərinin daim göstərdiyi mənəvi və elmi dəstək onun formalaşmasında mühüm rol oynayıb. Ailəsinin, xüsusilə atasının mənəvi dayaq və qayğısı isə onun uğurlarında xüsusi yer tutur.
Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisasına qəbul olunub. Avrasiya Əməkdaşlıq Fondu və Topçubaşov Mərkəzi (beynəlxalq əlaqələr və təhlükəsizlik sahələrində fəaliyyət göstərən araşdırma mərkəzi) tərəfindən birgə dərc edilən "Bosniya və Herseqovina: Tarix, Münaqişə və Sülh üzrə Məqalələr Toplusu"nda “Bosniya və Herseqovinada birgəyaşayış: Ziddiyətlər və islahat zərurəti” adlı məqaləsi yüksək qiymətləndirilmiş və 27 avqust 2024-cü ildə ölkə nümayəndə heyətinin tərkibində Bosniya və Herseqovinada təhsil forumunda iştirak etmişdir. Xarici İşlər Nazirliyində könüllü kimi çalışmışdır. 2025-ci ildə DİA-nı fərqlənmə diplomu ilə bitirmişdir. Ağa Ağayev, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olaraq, İsrailin "Hayfa" Universitetinin "İctimai idarəetmə və siyasət" fakültəsinin magistratura səviyyəsində təhsil almaq hüququ qazanmışdır.

Oxunub: 59
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az