Axtarılır!




Axtarılır!
Demək olar ki, yoxa çıxıb. Nə qəzetlərdə izi var, nə efirdə səsi. Sanki bir gün darıxdı, çantasını yığdı, arxa qapıdan çıxdı, bir də geri dönmədi.
Görəsən nə?
Görəsən nə oldu buna ? Bəlkə internetdə özünə kontent dolusu video blog açıb, orda reaksiya verir ? Yaxud bəlkə kiminsə statusuna ilişib, orda bərk müzakirəyə düşüb, çıxa bilmir ? Ola bilər. Axı indiki dövrdə ağıllı fikri olan hər kəs ya bloklanır, ya da ağır şərh alır.
Kim bilər ki nə?
Əslində heç kim bilmir. Jurnalist soruşur ki, o , haradadır ?  Cavab gəlir ki , bizlik deyil.Akademik baxır, deyir ki, çox dərin məsələdir. Məmur isə ümumiyyətlə soruşur ki, o, kimdir. Bəlkə hansısa xarici fondun nümayəndəsidir deyə qorxur. Nə bilim, bəlkə də satiranın özü adını dəyişib, indi motivasiya adı ilə çıxış edir.
Hacan qayıdacaq ki ?
Bu sual artıq möcüzəyə çevrilib. Yəqin o da hansısa tədbir" gözləyir. Lent kəsilsin, çıxış edilsin, şəklə düşülsün, sonra qayıtsın. Amma görünmür. Ola bilər ki, gülmək haramdır yazılmış plakatın arxasında gizlənib, çıxmaq istəmir.
Hər halda, o, yoxa çıxıb. İndi onun yerini yumşaldılmış anlayış, ədəbi etiraf yerin tutub. Xatırlayırsınızmı. Vaxtilə elə danışardı ki, həm güldürərdi, həm düşündürərdi. İndi isə nə gülmək gəlir adamın içindən, nə də düşünmək...
Elanı oxuyan varsa. Onu tapana mükafat var, bir qutu sağlam düşüncə və bir az da cəsarət.
Sizcə o nədir ?

Alxas Məmmədov.

Oxunub: 20
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az