Toyda oynayanlar...




Toyda oynayanlar...
Adətən bizim adət-ənənələrimizdən biri də toylardır. Toyda isə hər cür insan oynayır. Kimi açıq-saçıq geyinir, bəzən sanki podyuma çıxıb. Təbii ki, bu da bir tərəfə, amma kamera var axı. Kimi ağır-ağır oynayır, sanki xalqa nümunə göstərir. Kimi gənclərə xas, bir az da fasonlu hərəkətlərlə meydanı qızışdırır. Elələri də var ki, oynayanda adamı güldürür, özü də bilmədən. Kimi ritmi heç cür tuta bilmir, amma könlü oyunda. Kimi isə ritmi tutub özünü səhnədəki artist hesab edir. Son vaxtlar isə toylarımızda yeni qəhrəmanlar”da meydana çıxıb:
-Colkalı, dar şalvarlı gədələr.
- Yanlarında da yarım lüt supəriləri və papağsız ərkəylər.
- Bir küncdə isə diskatekada özünü itirmiş qocalar, ağsaqqallıqdan əsər-əlamət qalmayıb, ritmin qulu olublar. Amma necə oynayır-oynasın, əsas odur ki, birincisi özü istəyir, ikincisi də musiqi ilə uyğun gəlirsə, deməli, problem yoxdur.
Sadəcə, bəzən səhnəyə çıxan elə bir nümunə olur ki, baxmağa adam utanır. Köynəyi altından çıxır, qəribə hərəkətlər edir... utanmaq nədi, heç vecinə də deyil. Amma nə qədər qəribə tiplər olsa da, toylarımızda elə insanlar da var ki, həqiqətən adam balasıdılar.

Alxas.

Oxunub: 34
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az