Üzərlik. Milli tilsim, beynəlxalq təhlükə....




Qardaş...
Qardaşlıq haqqında deyirlər ki, qardaş evlənənə qədər qardaşdır. Sonra  isə qara bir daş sayırlar. Bu, həyatdır, hər şey ola bilər.
Elə qardaşlar var ki, aralarındakı bağlılıq dəyişmir, zaman keçsə də, ailələr böyüsə də, qardaşlıq öz yerində qalır. Amma elələri də var ki, kiminsə yanına gətirilməsi, kiminsə girməsi ilə münasibətlər soyuyur, insanlar bir-birinə yadlaşır.
Düzdür, həyat tərəzi kimidir, bir gözündə yaxşılar, bir gözündə pislər. Yaxşı qardaşlara Allah can sağlığı versin. Pislər isə, nə deyim, elə pisdirlər. Öz dünyalarında, öz maraqları ilə yaşayırlar. Sanki ailə, doğmalıq, birlik onların dünyasında yoxdur.


Üzərlik.
Milli tilsim, beynəlxalq təhlükə....
Bilmirəm, gülüm, yoxsa ağlayım. Bu günə kimi düşmüşük bu üzərlik dumanına, çıxmaq olmur. Əzəldən bəri göz dəyməsin, uğur gəlsin, şər əksəlsin deyə evin küncündə tüstülətdiyimiz bu müqəddəs ocaq, indi beynəlxalq təhlükəyə çevrilibmiş!
Möhtəbər bir qurum xəbərdarlıq edib ki, xaricə gedəndə üzərlik aparmayın. Niyə ? Çünki bəzi ölkələrdə bu otun tərkibində psixotrop maddə varmış. Ay aman... Deməli, biz bu illər ərzində psixotrop dumanın içində yaşamışıq, xəbərimiz olmayıb. Əslində baxanda, məntiqlidir, nənəm bir dəfə dediyinə görə, üzərlik yandırandan sonra evdə hüzur olurdu. İndi başa düşürəm, bu hüzurun tərkibi bir az, havai imiş.
Bir anlıq təsəvvür edək. Gömrükdə dayanmışıq, çantamızı açırlar. Oradan üzərlik çıxır. Gömrükçü gözünü qıyır, bu nədir ?  - Qədim milli dəyərimizdir, evdə tüstülədib göz dəyməsin deyə yandırırıq. -Sən demə bu da narkotik qədər təhlükəlidir...
Bundan sonra bəlkə də aeroportda elan verəcəklər:
- Diqqət ! Diqqət ! Hörmətli sərnişinlər!  Qadağan olunmuş əşyalar sırasına bıçaq, qayçı, maye sabun və üzərlik əlavə olunub.
Bəlkə də gələcəkdə üzərlik ticarətinə də lisenziya verəcəklər. Sertifikatsız üzərlik satan nənələr qara bazarda peyda olacaq. Polis reyd keçirəcək, qaldır əlləri, qoca. Bu nədir ? 
- Mən nə etmişəm axı ?  - Bilirik o dəstənin başında sənsən. Sənin üzərliklər Kasımdan bəri sərhədi keçir, xəbərimiz var.
Bir sözlə, qloballaşma budur, dünən evin divarından asdığımız ot, bu gün beynəlxalq narkotik siyahısına düşüb. Üzərlikdən ehtiyatlı olun,  nə olar, nə olmaz, birdən sizin də tüstünüz beynəlxalq miqyasda qalxar..

Alxas.

Oxunub: 25
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az