Xanımlar xanımı, Fatma xanım...



Xanımlar xanımı, Fatma xanım...
Şamaxının hörmətli nəsillərindən birinə mənsub olan, mərifət və zərifliyi ilə seçilən, elinə-obasına doğmalıq bəxş edən ziyalı xanım  Fatma xanım, əsl mənada xanımlar xanımı adını layiqdir.
Fatma xanım müxtəlif dövrlərdə müxtəlif məsul vəzifələrdə çalışıb, lakin hansı sahədə olursa-olsun, hər zaman peşəkarlığı, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə seçilib. O, uzun illər təhsil sahəsində çalışaraq həmkarlarının rəhbəri olub, pedaqoji kollektivin hörmətini qazanıb.
O, sadəcə rəhbər deyil, həm də müəllimlər arasında söz sahibi, nüfuzlu bir şəxsiyyət kimi tanınıb. Müəllimlər cəmiyyətində müdrik bir ana, pedaqoqların dayağı kimi xatırlanır.
Fatma xanımın həyat yolu gənc nəslə örnəkdir, fədakarlıq, zəhmətsevərlik və xalqa bağlılıqla dolu bir ömür. O, təkcə nəslinin deyil, bütün Şamaxı ictimaiyyətinin fəxridir.

Oxunub: 74
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az