Ad günü təbriki, pəhləvan mədəniyyətçi.....




Ad günü təbriki, pəhləvan mədəniyyətçi.....
Bir zamanlar idman tədbirlərində komandamı elə təqdim edirdi ki, elə bil mən döyüş filminin baş qəhrəmanıyam, özü də canlı pəhləvan.
Rafail müəllim, o zamanlar mənə verdiyiniz dəstək, zarafatla qarışıq təriflər və səmimi münasibətiniz daim yaddaşımdadır.
Bu gün isə o pəhləvan təqdimatçının, mədəniyyətimizin yorulmaz fədaisinin, elimizin qeyrətli ziyalısının, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı üzrə sözün əsl mənasında mədəniyyət komandirinin doğum günüdür.
Rəfail müəllim, sizi ürəkdən təbrik edirəm! Arzu edirəm ki, həyat sizə həmişə birinci yer qazandırsın.
Mədəniyyətin meydanında da, insanlığın səhnəsində də hər zaman ayıq, canlı və qalib olasınız.
Sizin kimi insanlara bu ölkənin çox ehtiyacı var . təkcə protokol üçün yox, ürək üçün, səmimiyyət üçün, ruh üçün.
Ad gününüz mübarək, Rafail müəllim!.
Gəlin birgə deyək, yaşasın mədəniyyətin pəhləvanı.

Oxunub: 74
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az