“Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində təlimlər davam edir.



Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində Gəncə və Lənkəran şəhərində təlimlər davam edir. Növbəti təlimlərdə layihə iştirakçıları müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılıb. Daha sonra axtarış-xilasetmə işlərinin aparılması zamanı texniki vasitələr, alət və avadanlıqlardan istifadə qaydaları, bu prosesdə könüllülərin fəaliyyəti, yüksəklikdən zərərçəkmişlərin xilasetmə üsulları və pirotexnik vasitələrlə istehkamçı işinin aparılması mövzularında təlim iştirakçıları praktiki biliklər əldə ediblər. 
Qeyd edək ki, layihənin əsas məqsədi fövqəladə vəziyyətlərdə və insan həyatı üçün təhlükə yaradan hallarda əhaliyə ilkin yardımın göstərilməsini öyrətmək və bu yolla vaxtında yardımın göstərilməməsi nəticəsində baş verən ölüm hallarının azaldılmasına dəstək göstərməkdir.

Oxunub: 40
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az