Muradxan Ömərov Avropa çempionatının finalında.....




Muradxan Ömərov Avropa çempionatının finalında.....
Dostumuz Cavanşir Seyfəddinoğlunun paylaşımından maraqlı bir xəbəri sizinlə bölüşmək istəyirəm, Şamaxılı gənc idmançımız Muradxan Ömərov İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında möhtəşəm çıxışını davam etdirir.
O, yarımfinal mərhələsində Avstriya təmsilçisi Muxammad İnşapiyevi tam üstünlüklə, 11:0 hesabı ilə məğlub edərək finala yüksəlib!
Qızıl medal uğrunda görüş bu gün, Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
Qeyd edək ki, Muradxan Ömərov bu ilin fevral ayında Azərbaycan çempionu olmuşdu. Onun bu uğurunun arxasında böyük zəhmət və peşəkarlıq dayanır.
Bu qələbənin təməlinin qoyulmasında şəxsi məşqçisinin rolu danılmazdır. Eyni zamanda, əldə etdiyimiz məlumata görə bu uğurun pərdəarxasında duran əsas simalardan biri də Asif müəllimdir.
Asif müəllim tanınmış güləş mütəxəssisi və beynəlxalq dərəcəli hakimdir. O, iki olimpiadada hakimlik edən azsaylı azərbaycanlı mütəxəssislərdəndir. Şamaxının idman həyatında daim fəal iştirak edir, həmçinin səmimi münasibətimiz olan, idmansevər bir məmurdur.
Bu münasibətlə Muradxanı, onun məşqçisini, Asif müəllimi və bütün dəstək verən qurumları təbrik edirik!
Uğurların davamlı olsun, Muradxan!

Alxas.

Oxunub: 95
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az