Yetim Kornelius Tasit deyib ki;
- Yalnız axmaqlar özbaşınalığı azadlıq adlandırırlar.
Tarix kitabları danışa bilsəydilər bizə belə deyərdilər ki;
' Azadlıq deyəndə, mən fəlsəfi fikirləri başa düşürəm, yoxsa intenetdə yolun ortasında lüt rəqs eləməyi yox da. Əlimi ətəyimdən tutub düşünürdüm ki, bu əsərlər bəlkə bir gün insanlara ağıl verə. Amma görünür, heykəl kimi durmaqdan başqa əlimdən bir şey gəlmir. Axmaq kimdir, azad kim? Hər ikisi instaqramda status paylaşır.
İndi birinə sən səhv edirsən desən, deyəcək ki, bu mənim azadlığıma toxunur. Dədəm qanun pozur, nə istəyirsən azadamda. Səhv yayır amma əməlində guya ki, fəlsəfi fikrini ifadə edir.
Kimsəyə qulaq asmır, guya orijinaldır, dahilikdir.
Amma birinin üstünə, haqlı qışqıranda da nəzakətsizsiniz deyir.
Yəni təkcə özbaşınalığı azadlıq sanmır, hətta tərbiyəsizliyi də şəxsiyyətin ifadəsi adlandırır. Bəziləri üçün azadlıq, qaydasızlıq, digərləri üçün isə, cavabdehlikdir.
Amma əgər özbaşınalıq azadlıqdırsa, onda niyə hər yerdə qadağandır lövhələri var ?
Metroda qışqırmaq olmaz, yolun ortasında yatmaq olmaz, məktəbdə öz fikrimdir deyib müəllimi təhqir etmək olmaz. Azadlıq elə bu qədər qaydayla çərçivələnib, yəni, çərçivəsizliyin də bir çərçivəsi var.
İndi isə heykəl kimi düşünüm ki, daş kimi dayanırsan, bircə söz demirsən, amma səni görüb selfi çəkənlər düşünür ki, sən onları başa düşürsən.
Əslində sən susursan, çünki bilirsən ki, nə desən də, kimsə səni köhnə düşüncəli adlandıracaq.
Heykəl daşdandır, amma bu qədər daş fikri insan olması, fəlakətdir.
Hər özünü azad sanan azad deyil, bəzisi sadəcə ətrafı bezdirəcək qədər səs-küylüdür.
Sonda bərkə qanun və qaydaların sonunda söyüşdə əlavə edək.
Alxas.
Oxunub: 40