İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.
İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.Qəbuldan öncə nazir Fərid Qayıbov Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birlikdə Qəbələ şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Qəbələ rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Oxunub: 65