Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini, general-leytenant Vəli Nağıyevin doğum günüdür.




Bu gün, iyulun 2-si Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) görkəmli məzunlarından - Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini, general-leytenant, vətənimizin ləyaqətli və vətənpərvər oğlu cənab Vəli Nağıyevin doğum günüdür. 
Vəli Nağıyev zəhmətkeş bir ailədə dünyaya göz açıb. Həm özü, həm də ailə üzvləri dövlətçiliyimizin qorunması, elm və təhsilimizin inkişafı uğrunda çalışır, vətənimizə və dövlətimizə vicdanla qulluq edirlər.
Vəli Nağıyev nümunəvi dövlət məmurudur. Bütün addımlarında dövlətimizin apardığı siyasəti dəstəkləyir‚ vətəndaşlara qayğı və diqqət göstərir, ədaləti, haqqı əlində bayraqtək tutur. 
Cənab Prezidentimiz İlham Əliyevin müdrik siyasətini, tapşırıqlarını rəhbər tutaraq vətənimizə böyük sədaqətlə xidmət edir, bir generaltək üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir.
Vətənə, dövlətə, milli ənənələrə bağlılıq, xidməti borcunu vicdanla yerinə yetirmək və ədalət hissinin qorunması Vəli Nağıyevin amalıdır. Hər bir işə məsuliyyətlə yanaşması, insanpərvərliyi, dürüstlüyü, mərdliyi, işinə sonsuz sevgisi, peşəkarlığı, özünəməxsus alicənablığı ona ictimaiyyətdə böyük hörmət qazandırıb. 
Vəli Nağıyevin yüksəlməsində onun ata və anasından aldığı tərbiyənin də rolu böyükdür. O, gənc yaşlarından ailəsinin etimadını doğrultmağa çalışıb və bunu yetərincə də bacarıb.
Vəli Nağıyev 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini uğurla bitirdikdən sonra,1981-1993-cü illərdə müxtəlif sahələrdə işləyərək secilib.1993-2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçib.
27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini, Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Vəli Nağıyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinə layiq görülüb.
İşində göstərdiyi uğurlu fəaliyyətinə görə Vəli Nağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni və 19 medalla təltif edilib.
ADPU-nun bütün kollektivinin, həmçinin Filologiya fakültəsinin rəhbərliyi və kollektivi adından Azərbaycanımızın layiqli oğlu, Vətən sevdalı generalı cənab Vəli Nağıyevi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür‚ can sağlığı arzulayır‚ dövlətçiliyimizə şərəfli xidmətində daha böyük uğurlar diləyirik!
Yeni yaşınız mübarək, cənab general!
ADPU.



Oxunub: 54
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az