Tovuzda “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”qeyd edilib.
11 iyunda Tovuz şəhər M.Ələkbərov adına tam orta ümumtəhsil məktəbində Tovuz rayonu üzrə gənclər və idman sektoru, Tovuz rayon Polis şöbəsi,Tovuz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi,Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Tovuz rayonu üzrə Təhsil sektoru ilə birgə “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Sağlam gələcək naminə narkomaniyaya “YOX” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev,həmin sektorun baş məsləhətçisi Yaşar Orucov, Tovuz rayon Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emin Hüseynov, Tovuz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin həkimi Nəriman Şirinov, Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktor müavini Azər Babayev, Tovuz şəhər M.Ələkbərov adına tam orta ümumtəhsil məktəbin direktor müavini Şəmsəddin Qasımov narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin və digər zərərli vərdişlərin insan orqaniziminə məhvedici təsirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı təbliğat işləri aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağının artırılmasıdır. Tədbirdə 73 nəfər iştirk edib.
Oxunub: 65