Bir xanım oxucum mənə yazdı ki;
- Bir bəyin neçə şahzadəsi ola bilər ?
Gülümsəyib yazdım ki;
- Hər kişinin ömründə ən azı beş şahzadəsi olur... və bu şahzadələr taxt-tacdan yox, qəlbdə hökm edirlər.
- Şahzadə ana.
Bu şahzadəni bəy seçmir.
O, Tanrının ona bəxş etdiyi ilk və müqəddəs varlıqdır.
O, ömür boyu oğlunu qoruyar, əzizləyər, dua edər. Onun bir baxışı, bir nəfəsi belə kişini cəsur və güclü edir. Əslində, kişinin içindəki ilk sevgi məktəbi elə ana qoynunda başlayır.
- Şahzadə bacı.
Bu şahzadə də seçilmir, lakin könülə çox yaxın olur. O, bəyin qeyrət aynası, sirdaşı, uşaqlıq yoldaşıdır. Ana olmadıqda, o bacı ana yerinə keçir. Bir kişinin bacısı varsa, arxası var deməkdir.
- Şahzadə həyat yoldaşı
Bu, bəyin özü seçdiyi şahzadədir. Bəxti gətirsə, ömürlük taxtında oturur.
O, həyatın acı-şirin yollarında birgə addımladığı yoldaşı.
Uşaqlarının anası, evinin bərəkəti, dualarının cavabıdır.
Kişi bu şahzadəni itirəndə, bir gözlə baxan, bir qulağı eşidən olur. Yarısı getmiş adam olur...
- Şahzadə Qızı
Bu şahzadə, kişinin könlündəki ən həssas telləri titrədir. O, atanın gözündə dünyanın ən gözəl qızıdır. Onun bir gülüşü, bir ata deməsi adamı dağ kimi ucaldar.
O, atanın ömründə yaşadığı ən təmiz sevgidir.
- Şahzadə qız nəvəsi.
Bu şahzadə, həyatın son baharında açan bahar çiçəyidir. O, nəvələr içində ən şirin, ən fərqli yerdə dayanır. O, nənənin rəhmətini, ananın zərifliyini,
Qızının gözəlliyini, evin nurunu özündə cəmləyir.
Bax bu şahzadə, babanın ümididir. Yaşamaq üçün səbəbidir.
Hər bir bəyin şahzadələri fərqlidir...
Amma bu beşini sevə bilən kişi, deməli varlıdır.
Taxtı yoxdursa da, qəlbində saray gəzdirir.
Alxas Məmmədov.