Əməkdar müəllim Elşən Ələkbərovun 65 illik yubileyi münasibətilə....




Əməkdar müəllim Elşən Ələkbərovun 65 illik yubileyi münasibətilə....
Bu gün rayonumuzun tanınmış ziyalısı, əməkdar müəllim və hörmətli dostimuz dəyərli pedaqoq Elşən Ələkbərovun 65 yaşı tamam olur. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Elşən müəllim yüzlərlə şagirdin yetişdirib, onların elmə olan sevgisini artırıb. İstəməsələrdə belə....
O, təkcə fənn bilikləri ilə deyil, həm də insani keyfiyyətləri, səmimiyyəti, təvazökarlığı və zəhmətsevərliyi ilə seçilib. Kişi ilə birlikdə kursdada olmuşam. Super yoldaşlığı var.
Riyaziyyat üzrə yüksək bilik və təcrübəsi, tədrisə olan məsuliyyəti ilə rayonumuzun qabaqcıl müəllimlərindən biri kimi tanınır. Lap dəqiq desək kişi işinin vurğunududa.
Şəxsən tanıdığım bu gözəl insanın həmkarları və yüzlərlə yetirməsi tərəfindən böyük hörmətlə anılması, onun əsl müəllim nümunəsi olduğunu bir daha sübut edir.
Əziz Elşən müəllim, Sizi yubileyiniz və təqaüdə çıxmağınız münasibətilə ürəkdən təbrik edirik. Qismət olsa mənədə arzulayarsan. Amma öz aramızdı tez gedirsən. Sizə can sağlığı, sağlam və mənalı uzun ömür, övladlarınızın və tələbələrinizin uğurlarına şahidlik etməyi arzulayırıq.
Hörmət və ehtiramla dostun Alxas.

Oxunub: 111
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az