Qusar rayonun Ukur kəndində növbəti tibbi xidmət təşkil olunub.




Qusar rayonun Ukur kəndində  növbəti tibbi xidmət təşkil olunub.
Əhalinin  rahatlığı və əlçatanlığının təmini məqsədilə  Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının  səyyar həkim briqadası növbəti dəfə Ukur kəndində olub. 
Qusar Rayon Mərkəzi  Xəstəxanasının  həkim  briqadasının  tərkibində həkim-terapevt, həkim-oftalmoloq, həkim-pediatr, mama-ginekoloq, həkim-kardioloq,Həkim-nevropatoloq, lor və laborantın  iştirakı təmin olunub.
İxtisaslı mütəxəssislər tərəfindən Ukur və ətraf ərazilərdə yaşayan əhalini ixtisaslı həkim müayinələrindən keçirilib.  Uşaqlar da daxil  olmaqla 30-dan çox vətəndaşa 100 adda tibbi xidmət göstərilib.
Gün ərzində ixtisaslı mütəxəssislər tərəfindən əhalini tibbi müayinələrdən keçirilib, qan analizləri götürülb, bəzilərinə yerində tibbi yardım göstərilib, Müraciət olunan vətəndaşlara həkim-mütəxəssislər tərəfindən müvafiq müalicələr təyin olunub.
Müraciətlərin çoxluğunu terapevt həkimin müayinəsi təşkil edib. 
Qeyd edək ki, sakinlərə göstərilən bütün xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Əhali səyyar həkim briqadası tərəfindən müayinə və müalicə olunmalarını razılıqla qarşılanıb, bu qayğıya görə  tədbirin təşkilatçılarına və səyyar həkim briqadasına minnətdarlıqlarını bildirib.

Oxunub: 25
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az