Jurnalist Vüqar Vüqarlı, prinsipiallığın simvolu.
Azərbaycan mediasında çox az sayda jurnalistlər var ki, onların hər çıxışı həm mövqeyi, həm də qətiyyətli fikirləri ilə yadda qalır. Vüqar Vüqarlı da məhz bu nadir simalardan biridir. Onun jurnalist fəaliyyətinə nəzər salanda aydın görünür ki, Vüqarlı hər hansı bir məsələni yalnız gündəm böyüyəndə deyil, daha başlanğıc mərhələsində işıqlandırır, ictimaiyyətə çatdırır. Bu isə həm peşəkarlığın, həm də məsuliyyət hissinin göstəricisidir.
Vüqar Vüqarlının mövqeyi həmişə aydın, qəti və bəzən də sərt görünə bilər. Lakin bu sərtlik zərurətdən doğur çünki o, cəmiyyətin ağrı nöqtələrinə toxunur. Onun qələmə aldığı hər bir mövzu aktual, vacib və ictimai əhəmiyyət daşıyır. Ən önəmlisi isə, o, sadəcə problem göstərməklə kifayətlənmir, eyni zamanda həll yollarını da təklif edir. Vüqarlı həm jurnalist, həm də bir siyasi xadim kimi geniş auditoriya qarşısında düzgün fikirləri ifadə etməyi bacarır. Onun səsi ictimai müzakirələrdə tez-tez eşidilir və bu səs həmişə obyektivlik, prinsipiallıq və ədalət axtarışı ilə seçilir. Vüqar Vüqarlı haqqında danışarkən onun bir xüsusiyyətini xüsusi vurğulamaq olar ki, peşəkarlıq və vicdanı daim ön planda saxlamaq bacarığı. Bu, onu həm həmkarlarından fərqləndirir, həm də oxucu və tamaşaçının etimadını qazanır.
Bu gün Azərbaycan jurnalistikasında Vüqar Vüqarlı kimi şəxslərin fəaliyyəti cəmiyyət üçün böyük bir dəyərdir. Çünki belə peşəkarlar təkcə informasiyanı çatdırmır, həm də ictimai şüurun formalaşmasına mühüm təsir göstərirlər.
Alxas Məmmədov.
Oxunub: 28
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az