Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya.




ETİ 1 ci günüm.
Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, peşəkar kardioloq, Məmmədrzayeva Vəfa Məhəmmədəli qızı..
Artıq 18 ildir ki, peşəkar həkim kimi fəaliyyət göstərən Məmmədrzayeva Vəfa Məhəmmədəli qızı, öz həyatını insanların sağlamlığına həsr edib. O, həkimlik karyerasına Tibb İnstitutunu bitirdikdən dərhal sonra başlayıb və elə həmin vaxtdan da ETU-da çalışaraq, bu illər ərzində həm öz biliyi, həm də təcrübəsi ilə dəyərli bir mütəxəssis kimi tanınıb.
Vəfa xanım hazırda kardioloq olaraq minlərlə insanın sağlamlığının keşiyində dayanır. Onun sözlərinə görə, ürək xəstəliklərinin qarşısını almaq və uzunmüddətli müalicənin nəticə verməsi üçün pasiyentlərin daimi olaraq həyat tərzinə və xüsusilə də qidalanmasına diqqət etməsi vacibdir. “Ürək xəstələri hər zaman pəhrizlərinə nəzarət etməli, həkim məsləhətlərini ciddi şəkildə yerinə yetirməlidirlər. Sağlam həyat tərzi ən yaxşı dərmandır” deyə həkim vurğulayır.
ETU-nun savadlı və peşəkar həkim heyətini xüsusi qeyd edən Vəfa xanım bildirir ki, rəhbərliyin yaratdığı müsbət şərait onların işinin səmərəli təşkil olunmasına böyük dəstək verir. Bu gün ETU-da çalışan hər bir həkim həm elmi, həm də praktiki bilikləri ilə cəmiyyətin sağlamlığına xidmət edir.
Həmkarları və pasiyentləri arasında dərin hörmət qazanan Vəfa Məmmədrzayeva, peşəkar kardioloq kimi nüfuzlu ad qazanıb. Onun həm savadı, həm də insani keyfiyyətləri onu həm kollektivdə, həm də xəstələr arasında sevilən həkimlərdən birinə çevirib. Şəxsi həyatda iki övlad anası olan Vəfa xanım, onların da gələcəkdə həkim olmasını arzulayır.
 - Mən istəyirəm ki, övladlarım da insanlara faydalı olsunlar, peşələri ilə həyatlara işıq saçsınlar, deyə o, qeyd edir.
18 illik zəhmətinin nəticəsi olaraq, bu gün Vəfa Məmmədrzayeva peşəsinə sədaqətli, xəstələrinin ümid yeri olan bir həkim kimi tanınır və cəmiyyətin sağlamlığının keşiyində fədakarlıqla dayanır.


ETİ 2 ci günüm.
Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tibb bacısı İbrahimova Minarə Abbasəli qızı ömrünü şərəflə yaşamış, peşəkar fəaliyyəti ilə tanınan bir tibb bacısıdır. O, Sumqayıt Tibb Məktəbini bitirmiş və uzun illərdir ki,  insanların sağlamlığı keşiyində dayanır.
Minarə xanım həyatını həm ailəsinə, həm də peşəsinə həsr etmişdir. O, 3 qız övladı böyüdüb boya-başa çatdırmış, bu gün isə 5 nəvəsinin sevimli nənəsidir.
Onun əsas xüsusiyyətlərindən biri məsuliyyət və insanpərvərlikdir. Xəstələrlə ünsiyyətdə həmişə mülayim və diqqətcil davranır, mehribanlığı ilə insanlara ümid və güvən aşılayır. Məhz bu keyfiyyətlərinə görə həm iş yoldaşlarının, həm də xəstələrin hörmətini qazanmışdır.
Minarə xanım öz iş yerindən, çalışdığı klinikanın rəhbərliyindən də olduqca razıdır. O, rəhbərini səmimiyyətinə, işgüzarlığına və qayğıkeşliyinə görə yüksək dəyərləndirir. Klinikada yaradılmış sağlam iş mühiti onun fəaliyyətinə əlavə güc qatır.
Həyatının bütün mərhələlərində gururlu və təmənnasız işləri ilə seçilən Minarə xanım gənc tibb işçiləri üçün əsl örnəkdir. O, sübut edib ki, peşəsinə vicdanla yanaşan hər bir insan cəmiyyətin sağlam və xoşbəxt gələcəyinə töhfə verə bilər.
ETİ 3 ci günüm.
Sevinc Tahir qızı Bağırzadə 2011-ci ildən tibb bacısı kimi fəaliyyət göstərir. O, 2 saylı tibb texnikumunu bitirib və hazırda ETİ-da tibb bacısı işləyir. Ailəlidir, bir övladı  7 yaşlı Fəxri adlı oğlu var.
Sevinc xanım iş həyatında çox maraqlı bir hadisə ilə qarşılaşıb. Onlardan biri isə onun yaddaşına dərin iz buraxıb.
Sevinc Bağırzadə ilk dəfə “Moder” hospitalında işə qəbul olunanda sınaq müddətində idi. Həmin gün təsadüfən bir futbol komandası tibbi müayinədən keçməyə gəlmişdi. Komandada çoxlu əcnəbi futbolçular var idi və Sevinc onların dilini bilmirdi.
İtalyan futbolçunun qan analizini götürərkən gözlənilməz hadisə baş verdi. Müayinələr zamanı otaqda amonyak dolu kiçik qab saxlanılırdı. Onun məqsədi sadə idi, kiminsə halı pisləşərsə, iylətmək üçün istifadə olunurdu. Lakin futbolçu nə olduğunu bilmədən həmin qabı götürüb, su bilib içmək istədi.
Hadisə Sevinc xanım üçün tam bir maraqlı oldu.. Dil bilmədiyi üçün belə hallarla ilk dəfə üz-üzə qalırdı. Sevinc xanım tez o qabı futbolçunun əlindən  alıb, nou- nou, belə olmaz ay qardaş, deyib. Əcnəbidə yes-yes kardaş deyib....  Sonralar həmən futbolçunun , öz yoldaşları arasında, ləqəbi kardaş qalıb. 
Bu hadisə göstərir ki, tibbi müəssisələrdə  dil baryeri olan əcnəbilərlə ünsiyyət zamanı diqqətlilik çox vacibdir. Hər bir detal önəmlidir, çünki sadə görünən bir anlaşılmazlıq satirik gözlənilməz nəticələr doğura bilər....

Oxunub: 54
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az