Oktyabrın 30-da gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Yaponiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya ilə görüşüb.
 
Oktyabrın 30-da gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Yaponiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Vatanabe Katsuya ilə görüşüb.Görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı, Bakı – dünyanın “İdman Paytaxtı” çərçivəsində Yaponiyadan idman həvəskarlarının ölkəmizə cəlb edilməsi, birgə təlim-məşq toplanışlarının təşkili və digər məsələlər müzakirə olunub.Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və Səfirliyin birinci baş katibi Taiçi Tsuçiya iştirak ediblər.
Oxunub: 67
 
 
 
 
 
 





















 
