Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru, Lənkərandan olan Həzi Aslanov xidmətdə olmanın son yaş həddi ilə təqaüdə göndərilib.




Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru, Lənkərandan olan Həzi Aslanov xidmətdə olmanın son yaş həddi ilə təqaüdə göndərilib.
Hüquq elmləri üzrə fəlsəfə doktoru olan Həzi Aslanov 1965-ci il sentyabr ayının 15-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
2006-cı ildə Həzi Aslanova polis general-mayoru rütbəsi verilib.
2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunub.
Həzi Aslanov 2008-ci ildə  “Azərbaycan Bayrağı” ordeninə, 2018-ci ildə “Vətən uğrunda” medalına layiq görülüb.
Qeyd edək ki, polis general-mayoru Həzi Aslanov 2 dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun nəvəsidir, ötən ay generalın 60 yaşı tamam olub.

Oxunub: 35
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az