Vətən müharibəsində hər bir vətəndaş öz bacarığı ilə milli orduya dəstək oldu.
 
Vətən müharibəsində hər bir vətəndaş öz bacarığı ilə milli orduya dəstək oldu. Azərbaycanın incəsənət xadimlərindən biri, şamaxılı balası Mirələm Mirələmov da bu müqəddəs savaşa öz töhfəsini verdi. O, döyüşçülərə mənəvi dayaq olmaq üçün onları muğam sənətinin sehrli ahəngiylə feyziyab etdi.Mirələm Mirələmovun sözlərindən:- Döyüşən ordunun əsgərləri ilə çəkdirdiyim şəkil mənim üçün böyük bir şərəf idi. Bu şəkillərdə olan igidlərimizin bəziləri şəhid, bəziləri isə qazi oldu.Qeyd: Bu şəkillər Mirələm Mirələmovun şəxsi arxivinə məxsusdur və eksklüziv olaraq mənə təqdim olunub.Şəxsi tanışlığım olan Mirələm dəyərli bir sənətkardır.Alxas Məmmədov
Oxunub: 52
 
 
 
 
 
 





















 
