Azərbaycan Taekvando Federasiyasının Hakimlər kollegiyasının mühüm işləri..
Azərbaycan Taekvando Federasiyasının Hakimlər kollegiyası həqiqətən də öz mühtəşəm və məsuliyyətli fəaliyyəti ilə seçilir. Hakimlərimiz beynəlxalq standartlara tam uyğun şəkildə fəaliyyət göstərir, daim öz üzərlərində çalışaraq peşəkarlıqlarını artırırlar. Sevindirici haldır ki, həm beynəlxalq, həm də milli hakimlərimiz mütəmadi olaraq təlim və toplantılarda iştirak edir, yarışlar öncəsi xüsusi hazırlıq mərhələlərindən keçirlər. Bu, onların həm nəzəri, həm də praktiki biliklərinin möhkəmlənməsinə səbəb olur.
Yarışlarda hakimlərin qərarları mühüm rol oynayır, çünki məhz onların ədalətli və dəqiq qərarları nəticəsində idmançılar layiqli nəticələr qazanır, yarışların şəffaf və obyektiv keçirilməsi təmin olunur. Son dövrlərdə texniki biliklərin artırılması, monitorla işləmə bacarığı, düzgün xalvermə və qərar qəbuletmə sahəsində böyük nailiyyətlər əldə olunub. Bu gün demək olar ki, hakimlərimizin ədalətli qərarları sayəsində idmançılar yarışlarda haqsızlığa məruz qalmırlar. Bütün bu uğurlar, təbii ki, Azərbaycan Taekvando Federasiyasının rəhbərliyinin və xüsusilə Gündüz Abdullayevin şəxsi təşəbbüsləri, eləcə də onun keçirdiyi seminarların nəticəsidir. Gündüz müəllimi çoxdan tanıyıram prinsipial və dəqiq şəxsdir. Daimi, dostlara dəstək olan qardaşdır. Bəzən təmkinli bəzəndə əsəbi olur amma ümumilkdə dəyərli insandır. Qürurla qeyd etmək lazımdır ki, belə fədakar hakimlərimiz var: Elşad, Ramal, Qurban, Rza, Jalə, Seymur, Coşqun, Həmid, Dilarə, Vüsal, Fuad, Xəzər, Vasif, Səbinə, Aysel, Xanım, Suzana və Bəsdi.
Kimlərisə yaddan çıxartmışıqsa, bunu üzürlü saysınlar, çünki hər birinin zəhməti və ədalətli xidməti taekvando ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Mən bütün hakimlərimizə uzun ömür, möhkəm can sağlığı və daim ədalətli olmağı arzulayıram. Onların əməyinə dərin hörmət və minnətdarlıq bildirirəm.
Oxunub: 49