Rəhbər dəstəyi və idmanın inkişafında əməkdaşlığın rolu..
İdman sahəsində uğur yalnız idmançıların əzmi və məşqləri ilə deyil, həm də rəhbərlikdən gələn anlayış və dəstək sayəsində formalaşır. Şamaxıda bu baxımdan İcra Hakimiyyətinin başçısı Tahir müəllimin idmana yanaşması xüsusi qeyd olunmalıdır. Müəllim özüdə aktiv idman həyatı yaşayır.
Tahir müəllim vəzifəyə gəldiyi ilk vaxtlardan etibarən bölgənin idman potensialına diqqət ayırıb. O, ilk rəsmi səfərlərindən birini Sabir qəsəbəsində edib. Həmin vaxt Tahir müəllim Şamaxının ilk milli hakimi və taekvondo mütəxəssisi, Qara Kəmər II sahibi Xanım müəllimə ilə tanış olub, orada yaradılmış idman şəraiti ilə yaxından maraqlanıb. Bu yanaşma onun idmana formal yox, əməli baxışla yanaşdığını sübut edir. Tahir müəllimlə mənim şəxsi tanışlığım bir neçə il əvvəl, mərhum Təhsil şöbəsinin müdiri Namik müəllimin vasitəsilə, Heydər Əliyev parkında baş tutmuşdu. İlk görüşdən aramızda səmimiyyət və qarşılıqlı hörmət yarandı. Sonrakı illərdə biz müxtəlif tədbirlərdə, xüsusən də Şəhidlər Günü münasibətilə, Şamaxı Olimpiya Kompleksində Şamaxı THT liseyində bir araya gəldik. Həmin tədbirdə Tahir müəllim bir neçə tələbə qızımıza fəxri fərman təqdim etdi. Bu, onun idmançılara verdiyi real dəyərin göstəricisi idi.
Daha sonralar Şamaxı Diaqnostika Mərkəzində, ümumi dostumuz Vüqar Vüqarlının iştirakı ilə yenidən görüşdük. Hər dəfə Tahir müəllimin sadəliyi, səmimiyyəti və işə məsuliyyət hissi özünü göstərirdi. O, idmanı sadəcə yarış meydanı kimi deyil, gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün bir məktəb kimi qəbul edir.
Bu münasibətin bir başqa səhifəsi isə Dəmirçi kəndində, Novruz bayramı şənliyində yazıldı. O gün Tahir müəllimi xalqın içində, Şamaxı camaatının arasında gördüm. Zarafatla desək, biz orada gücümüzü yoxladıq, amma qalib gələn birliyimiz və Azərbaycan naminə olan işlərimiz oldu.
Mənim üçün yaddaqalan məqamlardan biri də tələbəmin Avropa yarışında qazandığı nailiyyət idi. Bu xəbər Şamaxıda qarşılananda, Tahir müəllim tələbəmi Göylər kəndində olaraq, səmimiyyətlə qəbul etmiş və demişdir ki;
- Bu zəhmət sənin və Alxas müəllimindir.
Bu söz mənim üçün sadəcə təşəkkür yox, əməyə verilən dəyərin ifadəsi idi.
O, idmançı gənclərin cəmiyyət qarşısında fəal vətəndaş kimi formalaşmasına böyük önəm verir. Həmçinin biz onun dəstəyi ilə bir sıra sosial layihələrdə də iştirak etmişik. Bu, rəhbərlik və ictimaiyyət arasında qarşılıqlı inam və əməkdaşlığın bariz nümunəsidir.
Mən bir müəllim, idman təşkilatçısı və mətbuat işçisi kimi bu münasibəti yüksək qiymətləndirirəm və Tahir müəllimə səmimi minnətdarlığımı bildirirəm. Hər bir dövrdə Şamaxıda fərqli rəhbərlər olub, lakin mənim yaddaşımda Tahir müəllim sadə və səmimi rəhbər kimi qalacaq.
Ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzulayıram.
P.S- Bizə daim dəstək olan Şamaxı Olimpiya Mərkəzinində rəhbərliyunə xüsusi salamlar.
Oxunub: 74