27.09.2025 – ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonunda Anım Günü tədbiri keçirilmişdir.



27.09.2025 – ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan rayonunda Anım Günü tədbiri keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Qobustan RİH- nin əməkdaşları,Şəhid ailələri və Qazilər,İdarə və müəssisələrin rəhbərləri, Rayon ağsaqqalları və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Qobustan şəhər Şəhidlər Xiyabanını ziyarət etmiş, sonra Qobustan şəhər Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilmiş və 100 ədəd sərv ağacı əkilmişdir. Qobustan Rayon Gənclər Evi binasının akt zalında davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirmişdir ki, Anım Günü dərin ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına  əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Oxunub: 27
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az