Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova-Səbzəliyeva çox səmimi və sadə bir rəhbərdir. Peşəkar həkim, dəyərli rəhbər kimi səhiyyəmizin ən parlaq simalarından biridir. O, böyük işlər görüb, kollektivdə böyük nüfuza sahibdir. İşin təşkilini mükəmməl şəkildə qurub. Hətta tikinti işləri davam etdiyi halda belə, müalicə prosesini yüksək səviyyədə təşkil edib. Onun fəaliyyəti bir çox xəstəxana və institutlara nümunə ola bilər.
Bu böyük işlərdə onun müavini Azər Mirzəxanlı da xüsusi rolu var. Onun dəstəyi ilə işlərin gedişi daha səmərəli təşkil olunur.
Eyni zamanda, institutun üçüncü mərtəbəsində çalışan həkim personalı, şöbə müdiri Əzimova Mədinə, həkim Vəfa xanım, tibb bacıları və sanitar işçiləri də bu uğurların əldə edilməsində fədakarlıqla çalışırlar. Onların əməyi rəhbərliyin uzaqgörənliyi ilə birləşərək gözəl bir komanda nümunəsi yaradır.
Oxunub: 61