Elmə, sağlamlığa və cəmiyyətə xidmət, Bayramov Əlövsət Soltan oğlunun fəaliyyətidir.




Elmə, sağlamlığa və cəmiyyətə xidmət, Bayramov Əlövsət Soltan oğlunun fəaliyyətidir.
Azərbaycanın səhiyyə sahəsində çalışan gənc mütəxəssislər sırasında Bayramov Əlövsət Soltan oğlu xüsusi diqqət çəkir. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2012-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olunub və 2016-cı ildə buradan məzun olub. Təhsilini bununla kifayətlənməyən Əlövsət, 2019–2021-ci illərdə BDU-da ikinci ixtisas təhsili alaraq bilik və bacarıqlarını daha da zənginləşdirib.
Elm və səhiyyəyə olan marağı onu 2023-cü ilin avqust ayında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna gətirib. Burada o, əvvəlcə könüllü kimi fəaliyyət göstərib, 2024-cü ilin fevralından isə rəsmi əməkdaş kimi institutun işçi heyətinə qoşulub. Əlövsətin sözlərinə görə, institutun kollektivi peşəkar həkimlərdən ibarətdir və səhiyyə sahəsində ölkədə mühüm işlər həyata keçirilir. Hal-hazırda institutda aparılan təmir-bərpa işləri də gələcək inkişafın göstəricisidir.
 Çalışıram ki, işimdə rəhbərliyimin mənə göstərdiyi etimadı doğruldum. İnanıram ki, gələcəkdə nəinki respublikada, hətta respublikadan kənarda da institutumuz öz sözünü deyəcək.
Əlövsət Bayramov yalnız peşəkar fəaliyyəti ilə deyil, şəxsi maraqları və həyat tərzi ilə də diqqət çəkir. O, həvəskar səviyyədə taekvondo idmanı ilə məşğul olur, sağlam həyat tərzini təbliğ edir və futbolun, xüsusilə də Qarabağ futbol klubunun sadiq azarkeşidir. Qarabağın qələbələri onun üçün həm idman, həm də milli qürur mənbəyidir.
Bununla yanaşı, o, bir neçə ictimai layihənin müəllifidir. Bu layihələr gənclərin maariflənməsi, sağlam həyat tərzinin təşviqi və ictimai dəyərlərin qorunmasına xidmət edir.
Bayramov Əlövsət Soltan oğlu həm təhsilə, həm səhiyyəyə, həm də ictimai fəaliyyətə verdiyi töhfələrlə gənc nəsil üçün nümunəvi bir şəxsiyyətdir. Onun fəaliyyəti göstərir ki, hər kəs zəhmət, çalışqanlıq və vətənpərvərliklə cəmiyyətin inkişafına xidmət edə bilər.

Oxunub: 51
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az