Məşədi İbad mənim qəhrəmanım..



Məşədi İbad mənim qəhrəmanım-1.
Nədənsə hər dəfə Məşədi İbad yadıma düşəndə özümü ona oxşadıram. Bəlkə bəxtimə görə, bəlkə də əməlimə görə bərkədə keçəlimə görə.Mənim pulum çox deyil, amma onun obrazında özümü görürəm.
Məşədi İbadın pulu var idi, amma cavan qız aldıqda onun zülmünü çəkirdi. Bu da təbiidir, çünki cavan qız almaq tarixən çətin məsələ olub. Amma burada bir məqam var ki, mənim üçün önəmlidir, Məşədi İbad başqa xalqa, yad birinə deyil, məhz azərbaycanlı qıza üstünlük verir. Bu, özü-özlüyündə bir qəhrəmanlıqdır. Çünki azərbaycanlılığın kökü, namusu, qeyrəti onun seçimindədir.
Həm də o, bəy qızı alır. Amma müəllifin zarafatla dediyi kimi, bəy fərsizdir. Yəni, bəyliyin özü də bəzən kağız üzərindədir, amma insanın öz dəyərləri qalır.
Məni Məşədi İbadda ən çox cəlb edən cəhət odur ki, onun obrazında cəmiyyətimizin bütün müsbət və mənfi  işləri cəmlənib. Kimlərsə deyə bilər ki, o, sadəcə bir gülüş obrazıdır, amma mənim üçün o, əksinə, ən təmiz obrazdır. Çünki o, xalqın içindən çıxıb, biraz varlanır milli dəyəri itirməyib. Bəzi o vaxtki milyonerlər kimi. Matuşkəni alıb özlərinə arvad edən bəylər. Pulu var həmdə xalqın romantik  həyatını yaşayır. Amma biraz imkanlı. Kimi şərab içir, kimi çay içir, fərqi yoxdur. O, sadəliyi ilə seçilir. Hələmdə özünü abrazovonski aparır.
Bəli, onun pulu var, işi də yolundadır. Amma burada əsas məsələ budur ki, o, özünü yandırmır, özünü itirmir. O, həyatını sakit  yaşayır. O biri tərəfdən, onun ikinci arvadı da olur, bu da cəmiyyətin reallığının bir hissəsidir. Amma buna baxmayaraq, Məşədi İbad elə bir güzgüdür ki, baxanda özümüzü görürük.
Mən onu təkcə sevmirəm, həm də qəhrəman sayıram. Çünki hansı dövrə çevirsən də, Məşədi İbad bizim əsl obrazımızdır. Bu obrazdan qaça bilmərik. Mən də bu obrazı qəbul edir, onunla fəxr edirəm.

Alxas Məmmədov.

Oxunub: 24
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az