Gerhard Departiya Şamaxıya gələndə mən də Şirvan otelində mühafizə departamentinin rəisi idim. Orda qaldığı müddət cangüdəni kimi yanındaydım. Şirvan otelin xod gedən nömrəsində bir neçə gün qaldıq. Adam boy-buxunda elə bil üç qapı bir araya gəlib, kostyum yada gecə xalası tapmaq az qala dövlət proqramına çevrilmişdi. Əyninə geyim tapa bilməyəndə otelin salfetlərini götürüb rəsm çəkməklə təsəlli tapırdı. Deyirdim ki, bu getsə iki günə Şirvan otelini xalça fabrikindən qabağa çıxaracaq. Əvvəl çox ermənipərəst idi. Erməniləri atasının balası kimi sevirdi. Amma gəl gör ki, bizim mətbəxlə tanış olanda, piti, xaş, üstündən bir də şoranlı qayğanaq yeyəndən sonra, fikirləri dəyişməyə başladı. Elə bil ki, ermənilərə olan məhəbbəti şorun duzunda əriyib getdi. Amma “şor” sözünü deyə bilmirdi, mütləq “şoğor” deyirdi. Axırda onada duzlu tvaroq dedi. Həmin vaxt şoğorun dadı da, adı da ona ləzzət eləyirdi.
Axşamlar darıxanda söhbətə girişirdi. Sağ olsun tərcüməçi, elə günün 1ci yarısından yanımızda idi. Gerhard başlayırdı suallara:
- Burda hər cümə günü edam olur?
Dedim, qardaş, sən hansı seriala baxıb gəlmisən bura?
Başqa dəfə soruşdu:
- Sən erməni öldürmüsən?
Mən də cavab verdim ki, hələ ki, birini də öldürməmişəm, amma sənin sualların məni bezdirsə, nəticə bilmirəm...
Ermənilər buna əvvəlcədən elə nağıllar danışmışdılar ki, guya Şamaxını erməni şahı salıb, bütün muğam ustalarını da türklər qırıb, bizə yadigar qalıb. Mən də dedim, əmi oğlu, sən gəlibsən Şamaxıya, yoxsa hansısa uydurma haylara....
Ən çox təəccübləndiyi isə oteldə müasir geyimli insanları görmək oldu. Ermənilər ona təlqin ediblərmiş ki, burda hamı hicabda gəzir, mollalar da küçədə adam döyür. Oteldə qızları cins şalvarda görəndə elə bil adam mədəniyyət şokuna düşdü, “bu da yəqin Azərbaycan modasının hicabıdı” deyirdi.
Sabirə də çatanda işin dadı qaçdı. Ermənilər bunu inandırmışdılar ki, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i əslində ermənilərin inqilabi qəzetidir. Mən də dedim: “Dayan görüm, bu gedişlə sən bir azdan deyəcəksən ki, Dədə Qorqud da İrəvanda doğulub.”
Gerhardın dünyası tamam qarışıq idi. Amma bircə mətbəx məsələsində ağzının dadını yaxşı bilirdi. Əgər ermənilər ona Azərbaycan yeməkləri də ermənilərə aiddir desəydilər, bəlkə də inanar, amma o piti ilə xaşın dadını bir dəfə gördü, ermənipərəstliyi bir az soyudu. Yəni bizim mətbəx diplomatiyası elə işlədi ki, mənim təhlükəsizlik tədbirlərimdən daha güclü təsir göstərdi.
Alxas Məmmədov.