Bəzən dostlarım mənə deyirlər ki, elə bütün günü yazırsan, niyə ?



Bəzən dostlarım mənə deyirlər ki, elə bütün günü yazırsan, niyə ? Düzünü desəm, bunu hər kəs anlamaya da bilər. Amma mənim üçün yazmaq sadəcə məşğuliyyət deyil, həm də dərmandır.
Mən yazanda ağrımı yüngülləşdirirəm, sakitləşirəm. Bəzən boynum ağrıyır, bəzən isə başqa narahatlıqlarım olur,  bütün bunlar məni yazmağa vadar edir. Yazmaq mənə başqa aləmlərdə olmaq imkanı verir, bir az da olsa rahatlıq gətirir.Yazmaq mənə psixoloji rahatlığ verir. Burda mənəm birdə fikirlərim. Bilən- bilir mən acıq ürəy əməliyyatı keçirdəndən sonra aktiv yazmağa başladım. Bərkə, ömür qısa olduğunu başa düşmüşəm.
Bəlkə də uşaqlıqda tənhalıq, gənclikdə yaşadığım təcrübələr, ya da cəmiyyətdə gördüyüm ədalətsizliklər də bunu artırıb. Ola bilsin, bu, sadəcə çılğınlığımın bir hissəsidir. Dəqiq bilmirəm, amma yazmaq məni yaşadığım ağrılarla baş əyməməyimə kömək edir.
Dostlar, hər kəsin öz yolu var. Kimsə vaxt keçirir, kimsə danışır, kimsə paylaşır. Mən isə yazıram, çünki mənim yolum budur. Maraqlı, maraqsız yazılarımda ola bilər. Hərif səfimdə.Yazmaq mənim üçün həm ifadə, həm də özümü, səhətimi qorunmaq vasitəsidir.

Oxunub: 27
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az