Baldız fenomeni. Qohumluğun gizli strategiyası.



Baldız fenomeni. Qohumluğun gizli strategiyası.
Azərbaycan ailə institutunun ən maraqlı fiqurlarından biri, baldızdır. Baldız sadəcə arvadın bacısı deyil, o, həm də gələcək ailə diplomatiyasında əsas oyunçulardan biridir. Baldızların bir neçə tipi var:
1. Şirin baldız, Hər şeyə ay canım, ay ürəyim deyən, gəlinlə dostlaşan. Amma gəlinin ürəyində daim sual olur ki, bu qədər şirinlikdə bir qurd varmı...
2. Davakar baldız. Ən kiçik söhbəti belə sənin evin mənim bacımın evidir şüarı ilə döyüş meydanına çevirən.
3. Küsər baldız. Yəni ki, iş-güc görməyən, daim bacısının evində oturub filmə seyr edən tip.
4. Diplomat baldız.
Gəlinlə qaynananı bir-birinə salmadan hər ikisinə xoş gələn. Bu tip baldızlar tarixə “
ailə siyasətçiləri kimi düşə bilər.
Folklorda belə deyim var ki;
-Qaynana, başçısıdır.
-Baldız, müdafiə sistemii.
'Gəlin, diplomat.
Qaynata isə, ümumiyyətlə, çox vaxt siyasətdən bixəbər sadə vətəndaşdır.
Bəzi kişilər deyir ki, gəlin mənim arvadım olacaq, baldız mənim qonşum. Amma xalq təcrübəsi göstərib ki, baldız çox vaxt qonşudan da yaxın olur, ya məsləhətləri ilə, ya da söz-söhbəti ilə.
Əslində baldızın mövqeyi ailədə çox vacibdir. Çünki gəlinlə baldız arasında dostluq olsa, evdə sülh və firavanlıq olar. Amma düşmənçilik olsa, onda ev hər an minalanmış əraziyə çevrilə bilər. 
Baldız. Balla başlayır nədənsə dızla qurtarır.

Alxas Məmmədov.

Oxunub: 28
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az