Salam.
( Yazmadığım bir məktub )
Səni görəndə hələ də titrəyirəm, elə bil buzxananın içindəyəm. Yox indi qorxudan titrəyirəm. Hər baxışın fərqli bir elektrikdir, amma söz deyə bilmirəm, çaşqınlıq içindəyəm. Sənin geyimin, danışığın, baxışın, bütün bunlar mənim içimdə bir romantik təşkil edir. Hiss edirəm ki, sənin dönüb mənim bir hissəm olmusan. Səni görməyəndə darıxıram, görəndə isə sanki həyatım toz olub üzümdən silinib. İstəyirəm, hər dəfə səni görəndə, mənimlə danışasan, fikirlərimiz qarışsın, sanki beynimizdə bir vayfay şəbəkəsi olsun. Hər şeyi birlikdə yaşayaq ,durmaq, oturmaq, danışmaq, fikirləşmək, bir növ həyat marafonuna olaq. Səndə qalib olasan. Amma indi baxıram sənə, 45 yaşın var, dişlərin tökülüb, saçın tökülüb, incəlib, bədəni yerə tərəf bükülüb. Sifətində bığında çıxıb. Vaxtında çox gözəl bir qız idin, indi isə ,necə deyərlər, həddindən artıq dırdır arvad tipinə çevrilmisən az qala küpəyə də girəsən. Məhlədə dava-dalaşın başlıca məşğuliyyətin olub. Qiybət qırmağ üzrə maqistırsan. Məhlənin canlı müşahidə kamerasın əvəz edirsən. Rəhmətlik ərində öz xoşu ilə ölmədi. Onun yerində məndə ola bilərdim. Nə yaxşı ki, vaxtında səni almadım, yoxsa özümü böyük bir problemə atmış olardım.
Bəli, indi sənin üzünə baxıram və görürəm ki, bir ifritə, bir qiybət qıran, küpə girən qarı olmusan. Axı, sən belə deyildin! Axı, mən səni sevirdim ! Sənə özümdə, mənim Cülyetdam deyirdim. İndi Cülyetdadan bir vinetka şəklin qalıb. Məhlədə uşaqları səninlə qorxuzurlar. Lal Rüstəm kişi, səni, keçə saat 2 də padyezdə görəndə sonra dili açılmışdır. Nə yaxşı ki, vaxtında səni almadım....
Alxas Məmmədov.
Oxunub: 34
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az