Sentyabrın 1-i və 2-də pumse üzrə ölkə birinciliyi və çempionatı keçirildi. Yarışda Şamaxı Olimpiya Mərkəzinin təmsilçisi Kərimova Gülnar ilk dəfə olaraq Şamaxı komandasının adından çıxış edib və Respublika üzrə III yerə layiq görülmüşdür..



Sentyabrın 1-i və 2-də pumse üzrə ölkə birinciliyi və çempionatı keçirildi.
Sentyabrın 1-i və 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunda pumse üzrə yeniyetmələr, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı təşkil olundu.
İdmançılar aşağıdakı yaş kateqoriyaları üzrə fərdi və üçlük proqramında mübarizəyə qoşuldular:
12–14 yaş yeniyetmələr,
15–17 yaş gənclər,
18–30 yaş böyüklər,
30 yaşdan yuxarı ustadlar.
Yarışda Şamaxı Olimpiya Mərkəzinin təmsilçisi Kərimova Gülnar ilk dəfə olaraq Şamaxı komandasının adından çıxış edib və Respublika üzrə III yerə layiq görülmüşdür..
Bu uğurda dəstəklərinə görə şəxsi məşqçi Alxas Məmmədov,  Xanım Osmanovaya, Azərbaycan Taekvondo Federasiyasına, həmçinin bizə hər zaman dəstək  olan Şamaxı Olimpiya Mərkəzinə, Etibar və Eşqin müəllimə xüsusi minnətdarlığımızı bildiririk. Eyni zamanda Gülnarın atası Ramin bəy də səmimi təbrik olunur.

Oxunub: 60
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az