Azərbaycan Taekvondo Federasiyasının parlaq simalarından biri də Hikmət Səmədovdur. Onu yaxından tanıyan hər kəs bilir ki, çox səmimi və peşəkar bir insandır.
Hikmət müəllimlə həm sosial şəbəkədə, həm də Federasiyada dəfələrlə salamlaşmışıq və səmimi söhbətlərimiz olub. Hətta bir dəfə iclasda da müəyyən məsələlərdə çıxış edərkən ona müraciət etmişdim.Müsbət qarşıladı. Həmin iclasda Niyaməddin müəllimdə xahişimə öz yaxşı tövsiyyəsi verdi...
Açığı, həm iş prinsipi, həm də insanlığı ilə həmişə hörmət qazanan biridir.
İşinə yanaşması çox prinsipialdır, intellektual səviyyəsi isə həqiqətən çox yüksəkdir. İdarəçilikdə də böyük təcrübəsi var. O, Federasiyanın rəhbərliyinə gəldikdən sonra çoxlu dəyişikliklər baş verdi, yarışların sayı artdı, işlər daha müasir və səmərəli formada quruldu.
Mən inanıram ki, Hikmət müəllimin uğurları bundan sonra da çox olacaq. O, həm peşəkarlığı, həm də sadəliyi ilə seçilən insandır. Azərbaycan Taekvondo Federasiyası ölkəmizin ən önəmli idman qurumlarından biridir və Hikmət müəllimlə bu yol daha da uğurlu olacaq.
Uğurlar arzulayıram, müəllim!
Oxunub: 55