Satirik ərizə. Bürokratiyanın gülüş doğuran üzü.



Satirik ərizə. Bürokratiyanın gülüş doğuran üzü.
Azərbaycan sosial şəbəkə məkanında son günlər maraqlı bir satirik ərizə sürətlə yayılmaqdadır. İlk baxışda adi işdən çıxma ərizəsinə bənzəsə də, mətni oxuduqda bu sənədin əslində istehza və yumor nümunəsi olduğu açıq görünür.
Ərizədə yazılıb ki;
- Müdirlərin müdiri, gözəl müdirmə Rauf Alagözov tərəfindən
Ərizə
Yazıb Sizdən xahiş edirəm ki, işçilərin torbasını layiqincə tikə və son dövrlərdə sizə yeni xəbərlər çatdıra bilmədiyim üçün məni 18.08.2025-ci il tarixdən işdən azad edəsiniz. Mən bu utanc ilə işləyə bilmərəm.
Ərizənin rəsmi forması saxlanılsa da, məzmunu tamamilə satirikdir. Normal halda işdən çıxma səbəbi ciddi və real olur. Burada isə müəllif işçilərin torbasını tikə bilməmək və müdirdən yeni xəbərləri gizlətmək kimi absurd səbəblər göstərərək həm gülüş doğurur, həm də idarəçilik sistemindəki formal yanaşmalara diqqət çəkir.
Bu satirik nümunə, əslində, Molla Nəsrəddin ənənəsindən gələn yumorla oxşayır, cəmiyyətdəki eyibləri açıq demək əvəzinə, gülüş yolu ilə göstərmək. Ərizə müəllifinin məqsədi də oxucunu həm güldürmək, həm də düşündürməkdir.
Mənbə: 
Bu satirik ərizə Muşvıq Abbasovun Facebook profilində paylaşılmışdır.

Alxas.

Oxunub: 26
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az