Bizim cəmiyyətdə hələ də sadə bir qayda tam yerinə oturmayıb. Növbə gözləmək. Adam görürsən ki, ağsaqqallıq adı ilə ya da mən yaşlıyam bəhanəsi ilə səs-küy salır, başqalarının haqqına girir. Halbuki ağsaqqallıq hörmətlə, mədəniyyətlə, səbrlə ölçülür.
İnsanın sifəti çox vaxt onun daxili dünyasını açır. Kimin gözündə səbir var, kimin baxışında mərdimazar xasiyyəti yazılıb, dərhal bilinir. Çox təəssüf ki, bəzən dərmanxanada, poliklinikada və ya hər hansı növbədə qarşımıza elə insanlar çıxır ki, nə yaşına, nə hörmətinə, nə də insan adına yaraşan davranış sərgiləmir.
Ən acınacaqlısı odur ki, bəzi adamlar şəhid ailəsi, qazi belə gözləmir. Sırtığlıq edib, onlardan önə keçməyə çalışır. Halbuki şəhid adı ucalıq, qazi adı şərəfdir. Onlarda sakit durub bu mənzərəyə baxır. Səs-küy salmaq, növbəni pozmaq, haqqı tapdalamaq yaxşı iş deyil. Əsl qeyrət səbrdə, mədəniyyətdə, hörmətdədir. Növbə gözləmək isə sadəcə qayda deyil, insanlığın imtahanıdır.
Ağıllı qadınlarda taktika işləmir.
Sevdiyi adam üçün bütün xarakterini ortaya qoyur. Amma istədiyi kimi.
Sonra da həmin adam illər sonra deyir ki, əvvəl belə deyildin axı noldu sənə..
Əslində taktikasız qadın futbolsuz hakim kimidir. Hamı deyir ki, bu daha ədalətlidir, amma oyunun dadı qaçır. Qadınların ən böyük satirik faciəsi odur ki, hər şeyi səmimi edəndə, çox açıq ürəklidir damğası vurulur, taktika işlədəndə isə çox hiyləgər xanım damğası vururlar.
Yəni nəticədə həmişə qadın günahkardır, kişi isə sadəlöhv qurbandır. Kimin əks arqumenti var ki ?
Amma bir sirr var da. Qadın taktikasız olanda kişi özünü Napoleon sayır.
Qadın taktika işlədəndə isə kişi özünü, yenə Napoleon sayır.
Sadəcə, bu dəfə qadın ona Moskvaya girməyə icazə vermir.
Amma Allah hər ikisini qorusun. Ailə şəklində....
Alxas.
Oxunub: 34
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az