Müəllimi "adam" saymayanlara bir məktub..
Əvvəllər deyirdilər ki, müəllim olmasa, alim də olmaz, həkim də olmaz, vəzifəli də... İndi isə bir-iki klaviatura qəhrəmanı çıxıb sosial şəbəkələrdə müəllimi aşağılamaq yarışına girib. Görəsən, bu cür dərin düşüncələr sizə haradan gəlir. Yəqin parta yoldaşınız olan gündəlik sizə hələ də dəftər yoldaşlığı edir, ya da məktəbdə yazmadığınız inşaların heyfini indi müəllimlərdən alırsınız.
Müəllim sinifə girib 30 nəfərin içində həm psixoloq olur, həm tərbiyəçi. Amma sən hələ də mən bu fəndən heç nə öyrənmədim deyə şikayət edirsən. Qardaş, sən sinifdə dərsə qulaq assaydın, indi müəllimi yox, öz savadsızlığını təhlil edərdin.
Bəlkə də müəllim sənə otur, 2 dediyi üçün həyat boyunca ayağa qalxmağa cəsarət etməmisən. Amma unutma ki, o 2 lər səni deyil, sənin məsuliyyətsizliyini qiymətləndirirdi.
Hörmətli müəllimə qarşı kobud danışanlar, gələcəkdə övladınızın da bir müəllimə ehtiyacı olacaq. Onda neyləyəcəksiniz. Şikayət etdiyiniz sistemə dua edib uşağıma yaxşı müəllim düşsün deyəcəksiniz. Ironiyanın dozası artıq bu cümlədə öz pik nöqtəsini tapdı.
Qısacası, müəllimi təhqir edənlərə bir sual;
- Əgər müəllim olmasaydı, sən yazmağı, oxumağı kimdən öyrənəcəkdin? Sosial şəbəkədə müəllimləri təhqir etməyi necə bacaracaqdın. Ay qoduğ...
Bəzilərinin tərbiyəsini artırmaq üçün çubuq sınar, dil yorular, pul da heyif olar.
Tərbiyə kursu çubuqlu, dillə və pulla
İnsan tərbiyəsi, dünyanın ən çətin restavrasiya işlərindən biridir. Xüsusilə də bəzi adamlar var ki, onlarda tərbiyə itki kimi yox, ümumiyyətlə istehsal olunmayıb. Belələri üçün müasir psixologiyanın da, qədim nəsihətlərin də, hətta babaların qamış metodunun da gücü çatmır.
Birinci üsul. çubuqla tərbiyə.
Ənənəvi metod. Babalarımız deyərdi ki, ət anadan olar, tərbiyə çubuqdan.Amma problem ondadır ki, indi elə adamlar var, çubuğu görəndə qorxmaq əvəzinə özləri çəkiclə cavab verir. Hətta bəziləri çubuğu da yiyələnib öz tərbiyəsini başqalarına keçirmək istəyirlər.
İkinci üsul, dillə tərbiyə.
Bu, nisbətən müasir və sivil variantdır. Danış, başa sal, izah elə… Amma bəzi adamlar var ki, onlarla danışanda sən özün tərbiyəsiz olursan. O qədər cavab qaytarırlar, o qədər filosofdurlar ki, sonda deyirsən ki, qoy mən susum, sən sağ ol. Çünki artıq dillə yox, sinir sisteminlə danışırsan.
Üçüncü üsul, pulladır.
Bu gün bəzi adamların tərbiyəsini ancaq yağlı zərf formalaşdırır. Nə qədər pul versən, o qədər tərbiyəli olur. Bir növ icarəyə götürülmüş tərbiyə sistemi. Amma problem buradadır ki, pul qurtaran kimi tərbiyə də batır. Belələrinin vicdanı da bank kartı kimidir, limit dolmamış işləyir.
Belə görünür ki, bəzi insanlar üçün nə çubuq, nə dil, nə də pul kifayət edir. Çünki tərbiyə ailədə və vicdanda yaranar, orada yoxdursa, başqa heç yerdə tapılmaz.
Alxas.
Oxunub: 27
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az