Çayxana.



Çayxana
Çayxana, el dilində desək, bekar insanların rəsmi iqamətgahı. Qapısını açan kimi ağzına qədər dolu, biri nərd daşını döyəcləyir, o biri domino zərbəsi ilə tarix yazır. Elə bil ölkənin taleyi orada həll olunur.
Milli mətbəximizin ən sadə forması da buradadır, bir istək armudu çay, yanında iki dənə şəkər, uzaq başı bir packa günəbaxan tumu. Amma bu sadəliyin arxasında saatlarla uzanan vacib müzakirələr gizlənir. Burada peşəkar dominoçular və nərd ustaları oturur. Hamısının yanında bir-birindən köhnə saatsız mobil telefonlar, kibrit qutusu boyda bloknotlar yada şotka. Qalib gələnlər sanki Dünya Kubokunu qazanmış kimi sevinir, uduzanlar isə hökumətə, qonşuya, havaya uduzduqları acıqlanır.
Ən maraqlısı isə odur ki, çayxanada təkcə oyunlar deyil, həm də ölkənin siyasi, iqtisadi və beynəlxalq məsələləri müzakirə olunur. ABŞ-ın seçkiləri, Rusiyanın siyasəti, Azərbaycanın neft qiymətləri, hər mövzuda ekspertlər buradadır. Özü də diplom tələb olunmur, əsas odur ki, səsin bərk çıxsın, dediyini süfrə yoldaşından bir az artıq eşitdirəsən.
Çayxana, sadəcə çay içilən yer deyil. Bura həm universitetdir, həm parlament, həm də idman meydanı. Lap elə, bir az da teatr...

Alxas.

Oxunub: 23
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az