Dərman şirkətləri arasında bir konfrans keçirildi. Mövzu, ilin ən səmərəli dərmanı. Yəni nə öldürür, nə də sağaldır. Sadəcə müalicə edir, ömürlük!
Mükafatı "Qarşılıqlı Asılılıq Ordeni" adlandırmışdılar. Qalib dərman şirkətinin nümayəndəsi çıxış etdi:
- Bizim yeni preparatımız həftədə 3 dəfə qəbul edilir. Yan təsirləri var, amma bu, təbii ki, əlavə dərman satışına səbəb olur. Ağrını kəsir, amma səbəbi sağaltmır. Əgər birdən xəstə tam sağalarsa, o zaman bunu ciddi araşdırırıq, səhv haradadır?
Zalda alqış qopdu.
Məşhur bir araşdırmaçının sözlərini xatırladılar ki;
- Əgər insan bədəni xəstələnməsəydi, dərman sənayesi çökmüş olardı. Əslində, immun sistemi bizim üçün böyük təhlükədir.
Bir neçə həkim etiraz etməyə çalışdı, lakin onlara xoşbəxtliklə izah etdilər ki;
- Siz sağaltmaq üçün yox, müşahidə edib yönləndirmək üçün varsanız.
Reklam çarxlarında artıq belə yazılır ki;
- Həyatı sağlam yaşamaq istəməyin. Onun əvəzində, bizi yaşadın. Apteklərin qapısında “Xəstə gələrsə, xoş gəlmişsiniz!” yazılıb.
Yeni doğulan körpələrə sağlamlıq yox, potensial müştəri nömrəsi verilir.
Və ən sonda;
- Qəbiristanlıqlar dərman şirkətlərinin tək əsl məhsul itkisidir. Ona görə də oraya daha az investisiya edilir.
Alxas.