Zaman-zaman həyat bizə yollar göstərir. Bəzən enişli-yoxuşlu, bəzən də düz gedir, düz çıxmazından. Amma bu yolların ən təhlükəlisi, asfaltı sınıq, torpağı bataqlıq olanı deyil, yanındakı yal adamla ilə çıxdığın yoldur.
İndi baxırsan, adamın boyu iki metr, amma ruhu plastik qaşıq kimidir. Bir dəfə isti çaya düşdü, əyildi getdi. Gəlin, yola çıxaq deyir. Deyirsən ki, bəlkə yol yoldaşını tanıyaq.... Cavab həlir ki;
- Nə var e, yaxşı oğlandır.. Araşdırırsan, məlum olur ki, o yaxşı oğlan sümük görəndə itin belə arxasında qaça bilməyəcəyi sürətlə yolunu dəyişir.
Deyirlər, adam yolda tanınar. Düzdür. Amma indiki yolların adamlara aid olan hissəsi bəzən yal ilə yalan arasında pendir kimi dartılır. Başda səninlə plan quran, ortada nə qazandıq deyən, sondasa ilk papağdır. Çünki sümük bəli, bəlkə də bir fürsət, bir mənfəət, ya da sadəcə bir işdir, dərhal yol dəyişir. Sanki əvvəldən naviqatoruna səninlə gedəcəyini yazmamışdı.
İndi özünə sual ver kii;
- Sən yola çıxanda adamla çıxdın, yoxsa yal adamla..
Yal adamla çıxırsansa, bilin ki, bir azdan tək qalacaqsan. Çünki o, yol üçün yox, yol boyu tapılacaq sümük üçün gəlmişdi. O sümük isə bəzən pul olur, bəzən imkan, bəzən ad, bəzən də sadəcə şirin bir yalan...
Bu yazını oxuyarkən düşündüm ki, yox, mənim dostlarım elə deyil. Elə deyilsə, onlara salam oısun yolları açıq olsun. Amma hardasa içimdən bir haray gəlir ki “hmm, bu elə filankəsə oxşayır” yol yoldaşını bir daha gözdən keçirt.
Çünki yoldaşın sümüyə baxırsa, sən hələ yolun harasında olduğunu düşünürsən...
Alxas Məmmədov.